Həccdə virus yayılıb

Həccdə virus yayılıb
  17 Sentyabr 2013    Oxunub:2083
Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko ölkə müsəlmanlarını bu il həccə getməməyə çağırıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında Yaxın Şərq Respirator Sindromunun törədicisi olan koronovirus yayılıb.

Onişenko deyib ki, son 1 il ərzində həmin bölgədə bu xəstəliyə 114 yoluxma halı qeydə alınıb və onların yarısı ölümlə nəticələnib. Dünya səhiyyə Təşkilatının sözlərinə görə, vəziyyət pisləşməkdə davam edir.

Qeyd edək ki, oktyabrın 15-16-sı müsəlman dünyasında Qurban bayramı qeyd olunur, həcc ziyarəti isə bu bayram ərəfəsində həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti