Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub

 Gürcüstanda baş verən zəlzələ Azərbaycanda  hiss olunub
  17 Sentyabr 2013    Oxunub:1051
Gürcüstanda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seymoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 09:09-da Zaqataladan 85 km şimal-qərbdə, Gürcüstan ərazisində zəlzələ baş verib. Zəlzələ respublikanın şimal-qərb bölgələrində hiss olunub.

Yerin 8 km dərinliyində baş verən zəlzələnin maqnitudası 5.8 bal təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti