Portuqaliyada meşə yanğınları: 31 ölü

Portuqaliyada meşə yanğınları: 31 ölü
  16 Oktyabr 2017    Oxunub:2977
Portuqaliyada baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda Portu və Lissabon şəhərlərini birləşdirən dəmiryolunda qatarların hərəkəti dayanıb.


**

Portuqaliyada meşə yanğınları başlayıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınların söndürülməsinə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb.

Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkədə meşə yanğınları nəticəsində 20 nəfər həlak olub.

Xatırladaq ki, Portuqaliyanın müasir tarixində ən böyük meşə yanğınları bu ilin iyununda qeydə alınıb. İyunun 17-də başlayan yanğınlar nəticəsində 64 nəfər həlak olmuşdu.

AzVision.az



Teqlər: Portuqaliya  





Xəbər lenti