ABŞ-da hərbi bazaya hücum:13 ölü - VİDEO

ABŞ-da hərbi bazaya hücum:13 ölü - VİDEO
  17 Sentyabr 2013    Oxunub:1109
ABŞ paytaxtında hərbi bazaya hücum edilib, hadisə nəticəsində 13 nəfər ölüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum yerli vaxtla saat 08:20-də baş verib. Rəsmilər hücum edənlərdən birinin, 34 yaşlı Aron Aleksin öldürdüldüyünü, digər ikisinin isə axtarışda olduğunu bildirib.

Yaralılardan dördünün xəstəxanaya aparıldığını deyən bələdiyyə sədri Vinsent Qrey hadisəni törədənlərin hərbi geyimdə olduğunu bildirib. Həkimlər isə yaralıların vəziyyətinin ağır olduğunu deyir.

ABŞ prezidenti Barak Obama isə hadisə ilə bağlı çıxışında deyib ki, hücum faktı ilə bağlı dəqiq və qüsursuz araşdırma aparılmasını istəyib: “Araşdırmanın gedişatından asılı olaraq hansı yolu tutacağımıza qərar verəcəyik. Vətənpərvər hərbçilərimizə atəş açılıb. Zərərçəkənlərin ailələrinə dəstək verir, onalrı qorumaq üçün hər şeyi edirik.

Qeyd edək ki, donanma binasından hücumdan sorna təhlükəsizlik məqsədilə paytaxtdakı 7 məktəbin bağlandığı bildirilir.

Fatimə Kərimli




Teqlər:  





Xəbər lenti