Sarkisyan özü üçün yeni vəzifə hazırlayır

Sarkisyan özü üçün yeni vəzifə hazırlayır
  17 Oktyabr 2017    Oxunub:2351
Ermənistan hökuməti Milli Təhlükəsizlik Şurasının səlahiyyətlərini artırmağı nəzərdə tutan qanun layihəsi hazırlayır.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla Təhlükəsizlik Şurasının güc strukturlarına təsiri artacaq.
Xatırladaq ki, Serj Sarkisyan 2008-ci il seçkilərindən sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə "Orinats Yerkir" partiyasının lideri Artur Bağdasaryanı təyin edib. 2014-cü ildə Arthur Baqdasaryan vəzifəsindən imtina edib. Həmin vəzifə iki il boş qalıb. Sarkisyan bu vəzifəni icra edən sadiq məmur tapmaqda çətinlik çəkib. 2016-cı ilin 6 iyun tarixində Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi postu Armen Gevorgyana həvalə edilib. Bir neçə aydan sonra Gevorgyan başqa bir vəzifəyə göndərilib. O, prezident administrasiyasının rəhbəri vəzifəsini tutub. Gevorgyanı Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Yuri Xaçaturov evəz edib. O da uzun müddət bu vəziyyətdə qala bilməyib və KTMT-nın baş katibi seçilib.

Hazırda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi boşdur. Aylardır bu vəzifəyə təyinat həyata keçirilmir. Ümumiyyətlə, Sarkisyan bu vəzifəyə kimisə təyin etməyə tələsmir. Məlumatlara görə, Sarkisyan bu postu özü tutmaq niyyətindədir. Faktiki olaraq Təhlükəsizlik Şurasının katib səlahiyyətlərinin artırılması bu iddiaları daha da möhkəmləndirir. Hesab olunur ki, Sarkisyan katib səlahiyyətlərini artırmaqla, özü üçün vəzifə hazırlayır.

Bəhlul Rzayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti