Putin Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edir

  16 Oktyabr 2017    Oxunub : 446
Putin Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edir

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Fərmana əsasən Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq. Əməkdaşlıq yalnız KXDR-nın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkün olacaq.

Putin, həmçinin Şimali Koreyaya məxsus gəmilərin Rusiyanın limanlarına girişini də yasaqlayıb.

AzVision.az

Teqlər: Rusiya   KXDR   Putin   Sanksiya