BMT-nin baş katibi prezidentlərin Cenevrə görüşünü alqışladı

BMT-nin baş katibi prezidentlərin Cenevrə görüşünü alqışladı
  17 Oktyabr 2017    Oxunub:2898
BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Cenevrədə keçirdikləri görüşü alqışlayıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

BMT-nin baş katibi hər iki ölkə liderini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırıb.

Qeyd edək ki, ötən gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında təkbətək və geniştərkibli görüş keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Sarkisyan   BMT   Qarabağ   Cenevrə  





Xəbər lenti