Aprel döyüşlərində yaralanan Sarkisyana əlillik dərəcəsi verilmir

Aprel döyüşlərində yaralanan Sarkisyana əlillik dərəcəsi verilmir
  17 Oktyabr 2017    Oxunub:1686
Aprel döyüşlərinin iştirakçısı olan erməni əsgər Mnats Sarkisyan ona əlillik dərəcəsinin verilməməsindən şikayətçidir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan döyüş zamanı qəlpə yaraları alsa da, tibbi ekspertiza komissiyası ona əlillik dərəcəsi verməkdən imtina edib.

Qeğarkunik vilayətinin 2 nömrəli Tibbi sosial ekspertiza komissiyasının sədri Vardan Qinoyan bildirib ki, əsgər Sarkisyanla bağlı verilən qərar ədalətlidir. Komissiya sədri deyib ki, erməni əsgərə aldığı qəlpə yaraları görmə və hərəkət etmə qabiliyyətinə hiss olunmayan dərəcədə təsir edib. Bu isə əlillik dərəcəsinin verilməsinə əsas vermir.

Qinoyanın sözlərinə görə, erməni əsgəri 30 noyabr 2016-cı ildə əllilik dərəcəsi almaq üçün müraciət edib və aparılan müayinə nəticəsində ona rədd cavabı verilib. Bununla bağlı ombudsmana müraciət edən erməni əsgər bu il yayda təkrar müayinə edilib və ona yenidən əlillik dərəcəsi verilməyib. Sarkisyana yalnız bir illik pulsuz tibbi müayinə hüququ verilib.

Komissiya sədri Sarkisyanın xəstə oldugunu etiraf etəsə, müraciətinə müsbət cavab verməyib.

İnsan hüquqları müdafiəçisinin nəzdində hərbi qulluqçuların hüquqları ekspertizası şurasının üzvü Karen Ovanisyan komissiyanın qərarının qanunsuz olduğunu bildirib. Sarkisyanın böyrəklərində problem olduğunu bildirən Ovanisyan bu fakta görə ona əlillik dərəcəsinin verilməli olduğunu qeyd edib.
Həkimlərin səhlənkarcasına heç bir avadanlıq olmadan müayinə apardığı deyilib. Hətta müalicə olunduğu hospitaldan verilən epiqriz də nəzərə alınmayıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti