Ermənistanda komitə sədri istefaya göndərilir

Ermənistanda komitə sədri istefaya göndərilir
  17 Oktyabr 2017    Oxunub:1322
Ermənistan prezidenti Serj Sarkisyanla Dövlət Gəlirlər Komitəsinin sədri Vardan Harutyunyan arasında münasibətlər kəskin pisləşib.
AzVision.az Politik.am saytına istinadən xəbər verir ki, komitə sədrinin Sarkisyandan xəbərsiz özünə monopoliya qurması narazılığa səbəb olub. Monipolist şirkət təsis edən Harutyunyan onun işlərini "Qazprom Armenia" şirkətinin sabiq baş mühasibi Armen Unanyanın rəhbərliyi altında həyata keçirir.

Məlumatlara görə, Sarkisyan hakim elitanın toylarının birində Vradan Harutyunyanın işindən narazı olduğunu və onun fəaliyyətinin uzunmüddətli olmayacağını bildirib.

Hazırda Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədrinin vəzifəsindən azad edilməsi ilə bağlı qərarın qəbul edildiyi gözlənilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti