Erməni zabit və kursant yaralanıb

Erməni zabit və kursant yaralanıb
  17 Oktyabr 2017    Oxunub:2923
İrəvanda ağır yol qəzası baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı Qriqor iradə etdiyi "Vaz 217230" markalı 10 ՏX 100 nömrəli avtomobillə İrəvan sakini 18 yaşlı Seda və 47 yaşlı Simeonu vurub.

Qəza nəticəsində xəsarət alan şəxslər Erebuni tibb mərkəzinə, daha sonra Ermənistan Müdafiə Nazirliyinə məxsus "Muratsan" hospitalına köçürülüb.

Məlumatlara görə, qəza nəticəsində yaralanan Q.Seda Ermənistanın Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına hərbi institutunun 2-ci kursunda təhsil alır, B. Simeon isə eyni institutda müəllim (ehtiyyatda olan zabitdir) işləyir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Qəza  





Xəbər lenti