Bakıda kişi meyiti tapılıb

Bakıda kişi meyiti tapılıb
  17 Sentyabr 2013    Oxunub:1082
Bakıda qətl hadisəsi törədilib.
Binəqədi rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 08.00 radələrində Bakı- Sumqayıt yolunun 8-ci km-də Baş Dövlət Yol Polisi İdarəsinin Ekologiya postu ilə üz-üzə olan ağaclıq sahədə üzərində zorakılıq əlamətləri olan təxminən 30-35 yaşlarında şəxsiyyəti malum olmayan kişi cinsli meyit aşkar edilib.

Hazırda aşkar edilmiş kişi cinsli meyitin şəxsiyyətinin müəyyən edilməsi və ciııayəti törətmiş şəxsin (şəxslərin) tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçrilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Mirvari



Teqlər:





Xəbər lenti