Əfqanıstandakı partlayışda 50 nəfər ölüb - Yenilənib

Əfqanıstandakı partlayışda 50 nəfər ölüb - Yenilənib
  17 Oktyabr 2017    Oxunub:2700
Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə zamanı 200-dən çox adam yaralanıb. Həlak olanlar arasında əyalətin polis rəisi Torialay Abdianai də var.

***

Əfqanıstanın Qardez şəhərində polisın hazırlıq mərkəzinə silahlı hücum edilib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumu nəticəsində azı 20 nəfər ölüb. Yaralıların sayının 160-dan çox olduğu bildirilir.

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hücumun “Taliban” yaraqlıları tərəfindən törədildiyi deyilir.

AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti