Saakaşvili ukraynalıları prezidenti devirməyə çağırdı

Saakaşvili ukraynalıları prezidenti devirməyə çağırdı
  17 Oktyabr 2017    Oxunub:1923
Gürcüstan sabiq prezidenti, dessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ali Radanın qarşısında keçirilən mitinq zamanı insanları prezident Pyotr Poroşenkonun istefasını tələb etməyə çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə “İnterfax-Ukraina” məlumat yayıb.
“Poroşenko olduqca ölkədə yoxsulluq, aşağılamaq, ukraynalıların emiqrasiyası da olacaq. Əgər Poroşenko bu gün sizi sonuncu dəfə eşitməsə və artıq son üç ildə elədiyi kimi vaxt udmağa çalışsa, onda mənə elə gəlir ki, biz bu meydandan tamam başqa bir yerə hərəkət etməliyik”, - deyə Saakaşvili vurğulayıb.

O, həmçinin Kiyev sakinlərini işdən sonra Ali Radanın binasının yerləşdiyi əraziyə gələrək yalnız bir şeyi – ölkə başçısının istefaya getməsini tələb etməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Saakaşvili   Ukrayna  





Xəbər lenti