Avstriyada Nazirlər Kabineti istefa verib

Avstriyada Nazirlər Kabineti istefa verib
  17 Oktyabr 2017    Oxunub:1098
Avstriyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra ölkənin federal hökuməti tam tərkibdə istefa verib.
AzVision.az xəbər verir ki, rəsmi mərasimdə Avstriya Prezidenti Aleksander Van der Bellen hökumətin istefasını qəbul edib.

Bundan başqa prezident yeni hökumət təşkil olunana kimi nazirlərin öz səlahiyyətlərini davam etdirmələri barədə sərəncam verib. Hökumətin qurulması Avstriya Xalq Partiyasının rəhbəri Sebastian Kurtsa həvalə edilib.

Qeyd edək ki, ölkədə keçirilən parlament seçkilərində mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası qalib gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti