47 yaşlı `səfil` qəzada öldü

47 yaşlı `səfil` qəzada öldü
  17 Sentyabr 2013    Oxunub:1039
Şəmkirdə səfil həyat tərzi keçirən bir nəfəri maşın vurub.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hərbi şəhərcikdə qeydiyyatda olan səfil həyat tərzi keçirən 02.02.1966-cı il təvəllüdlü Bayramov Rövşən Şəmil oğlu Rayon Mərkəzi Xəstəxanasına daxil olub və dünən saat 05.00 radələrində xəstəxanada ölüb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Bayramovu Orucov Arzuman Tofiq oğlu idarə etdiyi VAZ 2107 markalı maşınla vurub.

Faktla bağlı cinayət işi açılıb.


Teqlər:  





Xəbər lenti