İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib

İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib
  18 Oktyabr 2017    Oxunub:1771
Ermənistanın paytaxtı İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirib.
AzVision.az erməni KİV-lərə istinadən xəbər verir ki, cərimələrə qarşı etiraz edən taksi sürücüləri nəqliyyat və rabitə naziri Vahan Martirosyanın və baş nazir Karen Karapetyanın istefasını tələb ediblər.

Aksiya zamanı “Avtomobil sürücülərinin müdafiəsi liqası"nın sədri Tiqran Ovanisyan nazirin heç bir işlə məşğul olmadığını deyib.

"Bütün taksi sürücülərini cərimələyirlər, nazir bizə söz vermişdi ki, parlamentdə taksi xidmətləri ilə bağlı problemləri qaldıracaq, ancaq heç nə etmədi".

Ovanisyan deyib ki, nəqliyyat və rabitə naziri açıq-aydın bu sahəyə rəhbərlik edə bilmir və istefa verməlidir.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti