Azərbaycanın əleyhinə səs verən deputatın vəziyyəti ağırdır

  17 Oktyabr 2017    Oxunub : 10444
Azərbaycanın əleyhinə səs verən deputatın vəziyyəti ağırdır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın vəziyyəti ağırlaşıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baykal bu axşam üçüncü dəfə əməliyyata alınıb.

Baykalın həkim nəzarətində olduğu bildirilib.

Baykal oktyabrın 15-də səhər saatlarında kəskin qızdırma ilə xəstəxanaya yerləşdirilib. Millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaxması keçirdiyini bildirib.

Xatırladaq ki, D.Baykal oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycana qarşı olan qətnamənin lehinə səsverməklə gündəmə gəlmişdi.

AzVision.az

Teqlər: Deniz-Baykal