İlyas İsmayılov MSK-nı günahlandırdı

İlyas İsmayılov MSK-nı günahlandırdı
  17 Sentyabr 2013    Oxunub:1064
Partiya sədri seçki debatına qatılmamağından danışıb.
Prezidentliyə namizəd, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov ictimai radionun dünənki debatında iştirak etməmə səbəbini AzVision.az-a açıqlayıb. Açıqlamasında o bildirib ki, debata qatılmamağının səbəkarı Mərkəzi Seçki Komissiyasıdır:

`Mənim debatda iştirak etməməyimdə Mərkəzi Seçki Komissiyası (MSK) günahkardır. Biz əvvəlcə debatda iştirak üçün 3 nəfəri MSK-ya təqdim etdik. MSK bildirdi ki, bu şəxslər yaramır. Sonradan daimi nümayəndələrim Mütəllim Rəhimov, Ayaz Əfəndiyevin adlarını verdik. İndi də deyirlər ki, kağızı gec gətirmisiniz. Nə kağızı? Biz əvvəldən bildirmişik ki, bunlar bizim nümayəndələrimizdir`.

Qeyd edək ki, prezident seçkilərində iştirak edəcək namizədlər dünən axşam ilk dəfə pulsuz efir vaxtından istifadə etməklə İctimai Radioda debata çıxıblar. Püşkatmaya görə, namizədlər aşağıdakı arcıcıllıqla çıxış etməliydilər.
1. Zahid Orucov.
2. İlham Əliyev.
3. İqbal Ağazadə
4. İlyas İsmayılov
5. Hafiz Hacıyev
6. Fərəc Quliyev
7. Sərdar Cəlaloğlu
8. Araz Əlizadə
9. Qüdrət Həsənquliyev
10. Cəmil Həsənli.

Saat 21:00-dan 22:00-a qədər sürən müzakirələrə Ədalət Partiyasından prezidentliyə namizəd, millət vəkili İlyas İsmayılov qatılmayıb. İ.İsmayılovun nümayəndəsi də debatda iştirak etməyib. Qaydalara görə, belə müzakirələrə namizədin özü gəlməsə, nümayəndəsinin iştirakına icazə verilir. İ.İsmayılov debata gəlmədiyindən onun efir vaxtı digər namizədlər arasında bölüşdürülməyib. Nəticədə "Ədalət"in nümayəndəsinin efir vaxtı sükutla keçib.


Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti