BMT rəsmisi Sarkisyanın dediklərini yalanladı

BMT rəsmisi Sarkisyanın dediklərini yalanladı
  18 Oktyabr 2017    Oxunub:1728
"Əgər ciddi tədbir görülməsə və vəziyyət bu cür qalsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı maksimum 2,5-2,6 milyona çatacaq."
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali fondunun erməni ofisinin icraçı nümayəndəsi Qarik Hayrapetyan jurnalistlərə bildirib.

Hayrapetyan açıqlaması ilə Ermənistan prezidenti Serj Sarkisyanın diaspora konfransındakı çıxışını (2040-ci ildə Ermənistanın əhalisinin sayı 4 milyona qədər çatacaq - Sarkisyan deyib) tamamilə yalanlayıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: BMT   Sarkisyan  





Xəbər lenti