Qarabağdakı separatçıların sponsorlarından biri ölüb

Qarabağdakı separatçıların sponsorlarından biri ölüb
  18 Oktyabr 2017    Oxunub:1664
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıların əsas sponsurlarından biri olan rusiyalı iş adamı Levon Ayrapetyan ölüb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, L.Ayrapetyan oktyabrın 18-də 68 yaşında dünyasını dəyişib. O, Moskvada dəfn olunacaq.

Levon Ayrapetyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarına böyük pullar ayıb.

Qeyd edək ki, L.Ayrapetyan rusiyalı senator İqor İzmestyevin ailəsindən 700 min dollar pul alaraq qaytarmamışdı. Nəticədə o, 4 il müddətinə həbs olunmuşdu. Səhəttində yaranan problemlərə görə L.Ayrapetyan həbsdən buraxılmışdı.

AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti