`Today’s Zaman` ASAN-dan yazdı

  17 Sentyabr 2013    Oxunub : 432
`Today’s Zaman` ASAN-dan yazdı
Türkiyənin `Today’s Zaman` qəzeti ASAN xidmət haqqında yazı dərc edib. `ASAN: Müasir Azərbaycan tarixinin yeni səhifəsi` adlı yazının orijinalını buradan oxumaq olar.
Müəllifi Azad Cəfərli olan məqalədə deyilir ki, müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan sürətlə nkişaf edən ölkədir. Bir neçə il bundan qabaq Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçirildi, bundan başqa ölkə ilk dəfə keçirilən Avropa Olimpiya Oyunlarını qəbul edəcək. Azərbaycan həmdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Son illər ərzində Azərbaycanın qazandığı uğurlara indidə yenisi əlavə olunub: ASAN. ASAN tərcümədə Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi deməkdir. ASAN öz mərkəzlərində vətəndaşlara şəffaf, rahat, səmərəli xidmət göstərilir. Burada əsas məqsəd Daxili İşlər Nazirliyindən tutmuş Ədliyyə Nazirliyinə qədər bir çox dövlət orqanları tərəfindən göstərilən xidmətlərin bir mərkəzdə cəmləşməsidir. Bununlada Sovet mirası kimi qalan korrupsiya və bürokratiyanı önləməyə imkan verir.

ASAN xidmətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, ASAN özü heç bir xidmət təklif etmir və neytral qurum olaraq digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətli olmasına nəzarət edir. Bundan başqa, ASAN Xidmətinin xüsusi nəqliyyat vasitələri Azərbaycanın bir çox bölgələrinə səfər edərək oradakı əhaliyə lazımi xidmətlər göstərirlər. Statistikaya gəlincə, ilk 7 ay ərzində ASAN mərkəzi 470.000 min vətəndaşa xidmət göstərilib.

AzVision.az

Teqlər: