Avropa İttifaqı Şurasının qərargahında yanğın həyəcanı

Avropa İttifaqı Şurasının qərargahında yanğın həyəcanı
  18 Oktyabr 2017    Oxunub:1535
Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldəki yeni binasında personal evakuasiya edilib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, buna binanın restoranında baş verən tüstülənmə səbəb olub.
"Yoxlamalar və görülən tədbirlərə baxmayaraq, binanın iki mətbəxindən birində yenidən texniki problem baş verib”, - deyə Aİ Şurasının Baş Katibi bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldəki binasında tüstülənmə olub. Baş verən insident nəticəsində işçilər binadan təxliyə edilib. 10-dan çox insan tüstüdən zəhərlənib. Həmin vaxt tüstülənməyə mətbəxdə ventilyasiya sistemində yaranan problem səbəb olub.

Aİ Şurası əmin edir ki, insident 19-20 oktyabr tarixlərində ölkə və hökumət başçılarının sammitinin keçirilməsinə mane olmayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti