Rusiya yenidən Türkiyədən pomidor alacaq

Rusiya yenidən Türkiyədən pomidor alacaq
  18 Oktyabr 2017    Oxunub:1828
Rusiya dekabrın 1-dən Türkiyədən pomidor idxalına başlayacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Onun sözlərinə görə, artıq Türkiyənin 4 şirkətindən 50 min ton pomidor idxal edilməsi ilə bağlı razılıq əldə edilib.

Aqrar sektordakı inkişafın oktyabrın 21-də Tatarıstanın paytaxtı Kazanda Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasında müzakirə olunacağı gözlənilir.

AzVision.az



Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti