İrəvanda ağır qəza: ABŞ səfirliyinin 2 əməkdaşı, 3 hərbçi yaralanıb

İrəvanda ağır qəza: ABŞ səfirliyinin 2 əməkdaşı, 3 hərbçi yaralanıb
  19 Oktyabr 2017    Oxunub:2129
Bu gün saat 14:30 radələrində ABŞ-ın Ermənistandakı səfirliyinin yaxınlığında Üçmüdəzin sakini, 21 yaşlı Kamo Poladyanın idarə etdiyi VAZ "2106" markalı 32 SS 733 nömrəli avtomobil 47 yaşlı İrəvan sakini Artur Varpetyan tərəfindən idarə olunan 64 SL 131 nömrə nişanlı "Mitsubishi" markalı maşınla toqquşub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində "Mitsubishi"nin sərnişini, İrəvan sakini 52 yaşlı Karine Baqdasaryan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, "Nairi" tibb mərkəzinə aparılıb.

Digər avtomildə olan sərnişinlər - Armavir vilayətinin Aknaliç kənd sakini, 24 yaşlı Sasun Poladyan, Armavir vilayətinin Aknaliç kənd sakini 44 yaşlı Aşxen Qalstyan və sürücü K.Poladyan da qəza zamanı ağır xəsarətlər alıblar. Onlar "Astğik" tibb mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, sürücülərdən A.Varpetyan ABŞ-ın Ermənistandakı səfirliyində mühasib, K. Bağdasaryan da eyni səfirliyin kadrlar şöbəsində işləyir.

Sürücülərdən K.Poladyan, A. Qalstyan və K. Poladyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edir.

Şahin Qocayev
AzVision.az


Teqlər: İrəvan  





Xəbər lenti