“Kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur” - Ərdoğan

  18 Oktyabr 2017    Oxunub : 734
“Kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur” - Ərdoğan

“Bizim İraqdakı, Suriyadakı kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur. İraq və Suriyadakı ərəblərə, türkmənlərə necə baxırıqsa, kürdlərə də eyni cür baxırıq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-cı muxtarlar toplantısında çıxışında deyib. Ərdoğan bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə apararkən onların dininə, dilinə, kimliyinə baxmır:

“PYD və YPG çox təəssüf ki, kürdlərdən istifadə edən terror təşkilatlarıdır, PKK-nın qollarıdır. Kürd qardaşlarım, qüsura baxmayın, əgər bu terrorçuları müdafiə edirsinizsə, burada yollarımız ayrılır. Səmimi olmalıyıq. Mənim üçün türk, kürd, laz, çərkəz, abxaz ayrı-seçkiliyi yoxdur. Kürdəm demək ən təbii haqqınızdır, amma kürdçülük haqqınız deyil. Türkəm demək ən təbii haqqınızdır, amma türkçülük haqqınız deyil. Çünki bunlar bölücülükdür”.

AzVision.az

Teqlər: Türkiyə   Ərdoğan