MSK İlyas İsmayılova cavab verdi

MSK İlyas İsmayılova cavab verdi
  17 Sentyabr 2013    Oxunub:982
`Bizim nə günahımız?`
Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd İlyas İsmayılovun ictimai radionun dünənki debatında iştirak etməməsində MSK-nı günahkar bilməsinə münasibət bildirib.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzVision.az-a açıqlamasında bildirib ki, bu məsələdə MSK-nın günahı yoxdur.

“İlyas İsmayılovun nümayəndəsinin adı bizə təqdim olunub. Biz də həmin şəxsin ad və soyadını İctimi Televiziyaya vermişik. Həmin şəxs İctimai Televiziyaya gedib çıxa bilməyib, ödənişsiz efir vaxtından istifadə etməyib. Burada bizim nə günahımız var? Prezidentliyə namizəd 10 namizədin və ya onların nümayəndələrinin adları bizə təqdim edilib. Biz də o adları İctimai TV-yə təqdim etmişik”.

Qeyd edək ki, Prezidentliyə namizəd, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov ictimai radionun dünənki debatında iştirak etməmə səbəbini saytımıza açıqlayıb. Açıqlamasında bildirib ki, debata qatılmamağının səbəkarı Mərkəzi Seçki Komissiyasıdır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti