Ermənistanda nazir müavini qarət olunub

  19 Oktyabr 2017    Oxunub : 432
Ermənistanda nazir müavini qarət olunub

Ermənistanın paytaxtı İrəvanda diaspora nazirinin müavini Serjik Srapionyana qarşı oğurluq faktı qeydə alınıb.

AzVision.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, nazir müavini polis idarəsinə müraciət edərək həyətdə saxladığı “Nissan Qashqai” markalı avtomobilindən oğurluğun edildiyini bildirib.

Kimliyi bilinməyən şəxslər maşının şüşəsini sındıraraq Srapionyana məxsis 220 min dram (772 AZN) pulu oğurlayıblar

Faktla bağlı istintaq işi aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Ermənistan