“Misir erməni soyqırımını tanısın”

“Misir erməni soyqırımını tanısın”
  17 Sentyabr 2013    Oxunub:1142
Misir Xalq Cəbhəsi İnstitutunun direktoru, vəkil Məhəmməd Saad Xeyrullah Qahirə Ədliyyəsinə müraciət edərək ölkəsinin “erməni soyqırımı”nı tanımağını tələb edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkilin müraciətinə oktyabrın 5-də baş tutacaq məhkəmədə baxılacaq.
Vəkilin bu barədə Misir telekanallarından birində yayımlanan verilişdə açıqlama verdiyi bildirilir. O, açıqlamasında vurğulayıb ki, Misir çoxdan “erməni soyqırımı”nı qəbul etməli idi.
Belə tələb irəli sürməkdə vəkilin məqsədinin sünni ölkəsi olan Misirin digər ərəb dövlətləri üçün örnək olmağını istəməkdir.

Qeyd edək ki, Misirdə yaşayan ermənilərin böyük əksəriyyəti Qahirədə “erməni soyqırımı”nın xatirəsinə abidə qoyulması üçün müraciət ediblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti