Kataloniyanın muxtariyyəti ləğv edilir

  19 Oktyabr 2017    Oxunub : 590
Kataloniyanın muxtariyyəti ləğv edilir

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb.

AzVision.az "Ria Novosti”yə istinadən xəbər verir ki, İspaniya Nazirlər Şurası oktyabrın 21-də Kataloniyanın özünüidarə səlahiyyətini ləğv etməyə imkan verən Konstitusiyanın 155-ci maddəsini işə salmaq üçün təcili iclas keçirəcək.

Hökumətin bununla bağlı yaydığı bəyanata əsasən, iclasda “ispaniyalıların və Kataloniya sakinlərinin maraqlarını qorumaq və muxtariyyətdə konstitusiya qaydalarını bərpa etmək məqsədilə” məsələnin Senatın müzakirəsinə çıxarmaq üçün tədbirlər görüləcək.

Rəsmi Madrid Kataloniyanın müstəqilliyindən imtina edilməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.

AzVision.az


Teqlər: Kataloniya