"Rusiya münaqişənin sülh yolu ilə həllinə sadiqdir" - Uorlik

  19 Oktyabr 2017    Oxunub : 442
"Rusiya münaqişənin sülh yolu ilə həllinə sadiqdir" - Uorlik

ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Qarabağ münaqişəsi bizim rəsmi Moskva ilə sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir.

AzVision.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

ABŞ-ın iştirakına gəlincə, Uorlik bu prosesə şəxsən sabiq dövlət katibi Con Kerrinin cəlb edilməsini xatırladıb: “Bu administrasiyasının yeni həmsədri var. Mən ümid edirəm ki, bu administrasiya münaqişənin həllində yardımçı olacaq”.

AzVision.az

Teqlər: ABŞ   ATƏT   Qarabağ