Rusiyada 100-dən çox adamı zəhərləyən erməni ailə tutulub

Rusiyada 100-dən çox adamı zəhərləyən erməni ailə tutulub
  19 Oktyabr 2017    Oxunub:1446
Rusiyanın paytaxtı Moskvada müştəriləri zəhərləyərək onları soyan daha bir taksi sürücüsü tutulub.
AzVision.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə hüquq mühafizə orqanlarındakı mənbə bildirib. Qeyd olunub ki, saxlanılan şəxs 100-ə yaxın şəxsi zəhərləməkdə şübhəli bilinərək həbs edilən taksi sürücüsü erməni Vaaqn Karapetyanın atasıdır.

Ata Karapetyan şəxsi avtomobili ilə qanunsuz sərnişin daşımaqla məşğul olub. O, yolda su istəyən sərnişinə içinə dərman qatılmış maye verib. Zərərçəkən suyu içəndən sonra halı pisləşib və huşunu itirib. Sərnişin gözlərini açanda artıq evində olub. Mobil telefonunun və 35 min rublunun üzərində olmadığını görən zərərçəkən polisə müraciət edib.

Polis artıq 53 yaşlı ata Karapetyanı tutub. Onun yaşadığı evdə aparılan axtarışlar nəticəsində 20 mobil telefon, 190-dan çox antipsixotrop həb və 98 qol saatı aşkarlanıb.

Rusiya Daxili İşlər Nazirliyi Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən 53 yaşlı ata Karapetyanın saxlanılması faktını təsdiq ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Moskva   erməni  





Xəbər lenti