Ermənistan ordusunda oğurluq: Həbs edilənlər var

Ermənistan ordusunda oğurluq: Həbs edilənlər var
  19 Oktyabr 2017    Oxunub:1393
Ermənistan ordusunda oğurluq faktı qeydə alınıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "N" saylı hərbi hissənin texniki diviziya komandirinin maddi texniki təminat üzrə müavini Albert Qriqoryan külli miqdarda mənimsəmədə günahlandırılır.

O, tutduğu vəzifədən sui-istifadə edərək rəsmi sənədlərə saxta məlumatlar daxil etməklə 890 min dram dəyərində 2300 litr avtomobil yanacağı, 659 min dram dəyərində 1920 litr dizel yanacağı mənimsəyib. Ümumiyyətlə, onun 1 549 000 dramı dəyərində ziyan vurduğu bildirilir.

Cinayəti törətməkdə Qriqoryana daha 2 nəfər - Harutyun Ağacanyan və Karapet Qevondyan köməklik edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Oğurluq  





Xəbər lenti