Putin özünün və Medvedyevin maaşını azaltdı

  19 Oktyabr 2017    Oxunub : 2125
Putin özünün və Medvedyevin maaşını azaltdı

Rusiya prezidenti Vladimir Putin bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın vaxtını daha bir il müddətinə artırıb.

AzVision.az RBK-ya istinadən xəbər verir ki, Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkə prezidentinin, baş nazirin, onun müavinlərinin və nazirlərin, həmçinin baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin əmək haqqı 10% azaldılıb. Sərəncam 2018-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   Putin