Qarabağda yeni döyüşlərin qarşısını almaq üçün proqram hazırlanır

AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının direktoru Maqdalena Qrono “Amerikanın Səsi”nə bildirib.
“Azərbaycan vasitəçiləri mövcud status-kvonu daimi saxlamağa cəhddə günahlandırır. Ermənistan tərəfi isə təhlükəsizlik zəmanətlərinə güvənmir. Bundan başqa Rusiya, Türkiyə və İsrail silahlarının hesabına münaqişə bölgəsində, ilk növbədə Azərbaycan tərəfindən aparılan siyasi səy nəticəsində silahların sayı və keyfiyyəti daha da artıb. Nəticədə təmas xətti dünyada daha çox hərbiləşdirilmiş zonalardan birinə çevrilib.
Bölğədə fəaliyyət göstərən humanitar təşkilatlar o qədər narahatdırlar ki, hazırda mümkün müharibə ehtimalının qarşısını almaq üçün fəaliyyət proqramları hazırlayırlar” – Qrono deyib.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Qarabağ