Gürcüstanda azərbaycanlı namizəd güllələnib

Gürcüstanda azərbaycanlı namizəd güllələnib
  20 Oktyabr 2017    Oxunub:2918
Ötən gün oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslər atəş açıblar.
AzVision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, nəticədə 5 nəfər yaralanıb. Yaralananlardan biri “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Bundan başqa deputatlığa namizədin yanında olan Anar Məmişov, Vüqar Bayramov, Elmar Hüseynov və Azad Çobanov da güllə yarası alıblar.

Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədənlər haqqında məlumat yoxdur. Gürcüstan DİN faktla bağlı araşdırma aparır.

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti