Putin səhvini etiraf etdi: “Sizə etibar edirdik”

Putin səhvini etiraf etdi: “Sizə etibar edirdik”
  20 Oktyabr 2017    Oxunub:4247
Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini açıqlayıb.

AzVision.az “Tv Zvezda” telekanalına istinadən xəbər verir ki, bu barədə prezident “Valday” diskussiya klubunun toplantısında bildirib.
“Qərblə münasibətlərdə əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar edirdik. Sizin səhviniz bundan ibarətdir ki, bu etibarı zəif cəhət kimi qəbul etdiniz və ondan sui-istifadə etdiniz”, - deyə Rusiya prezidenti vurğulayıb.

Putin Qərblə münasibətlərdə bu səhifəni bağlamağı və münasibətləri qarşılıqlı hörmət və tərəflərə bərabərhüquqlu tərəfdaş münasibəti ilə yanaşaraq qurmağa çağırıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti