Rusiya oğurluq edən iki azərbaycanlı tutulub

Rusiya oğurluq edən iki azərbaycanlı tutulub
  20 Oktyabr 2017    Oxunub:1410
Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının əməkdaşları zərgərlik mağazalarını yaran dəstəni ələ keçirib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dəstə dörd nəfərdən ibarət olub.

Cinayətkar dəstənin dörd üzvündən ikisi qanunsuz şəkildə Peterburqda yaşayan iki Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Dəstə üzvləri Veteranlar prospektində “585 Gold” qızıl-zinət mağazasına hücum etməkdə şübhəli bilinirlər. Onlar satıcıları silahla təhdid edib, vitrinləri sındırıb və zinət əşyalarının olduğu iki palleti oğurlayıblar. Oğruları küçədə gözləyən sürücü də saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Oğurluq   Həbs  





Xəbər lenti