Rusiya və Ermənistan arasında hərbi saziş təsdiqləndi

Rusiya və Ermənistan arasında hərbi saziş təsdiqləndi
  20 Oktyabr 2017    Oxunub:2352
Ermənistan prezidenti Serj Sarkisyan bu gün bir sıra qanunların təsdiqlənməsi ilə bağlı fərman verib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Sarkisyan Ermənistan və Rusiya arasında hərbi əməkdaşlıq haqqında sazişi də təsdiqləyib.

Belə ki, Sarkisyan Ermənistan və Rusiya arasında 2013-cü ilin iyunun 25-də "Ermənistan Respublikası və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında" imzalanmış müqavilə çərçivəsində təchiz olunan hərbi təyinatlı məhsulların mövcudluğu və məqsədyönlü istifadə olunmasına nəzarətin aparılma qaydası haqqında sazişi təsdiq edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Sarkisyan  





Xəbər lenti