Gürcüstanda bələdiyyə seçkiləri başlayıb

Gürcüstanda bələdiyyə seçkiləri başlayıb
  21 Oktyabr 2017    Oxunub:2341
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.AzVision.az xəbər verir ki, səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.
Seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib. Seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb.

Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389–u seçici subyektinin, 20641-i yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir. Prosesi, həmçinin 4820 jurnalist izləyəcək.

Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var. Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər hazırlanıb. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.

AzVision.az



Teqlər: Gürcüstan   seçki  





Xəbər lenti