Azərbaycanda BMT həftəsi keçiriləcək

Azərbaycanda BMT həftəsi keçiriləcək
  21 Oktyabr 2017    Oxunub:2004
Azərbaycanda BMT həftəsi keçiriləcək.
AzVision.az BMT-nin Azərbaycandakı ofisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəfdaşlığın 25 illiyi münasibətilə ölkədə bir sıra tədbirlər təşkil olunacaq.

Belə ki, oktyabrın 24-də Bakıda Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş kitabın təqdimatı keçiriləcək. Kitabda 1992-ci ildən 2017-ci ilə qədər əməkdaşlığın əsas mərhələləri haqqında məlumatlar, həmçinin arxiv fotoşəkilləri yer alıb. Elə həmin gün Bakıda müvafiq mövzuda fotosərgi nümayiş etdiriləcək.

Bundan əlavə, həm Bakıda, həm də bölgələrdə bir sıra ali təhsil müəssisələrində Azərbaycan və BMT arasındakı əməkdaşlığa həsr olunmuş mühazirələr və məlumat sessiyaları təşkil olunacaq. Tədbirlər "ADA" Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində, Gəncə Dövlət Aqrar Universitetində və s. yerlərdə keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti