“Tehran heç vaxt nüvə silahı hazırlamayacaq” – XİN

“Tehran heç vaxt nüvə silahı hazırlamayacaq” – XİN
  21 Oktyabr 2017    Oxunub:1323
Tehran heç vaxt nüvə silahı hazırlamayacaq və ya almayacaq. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib.
“İran nüvə silahının olmayacağı öhdəliyinə sadiqdir. İran bir daha təsdiqləyir ki, heç vaxt, heç bir şəraitdə nüvə silahı yaratmağa və ya almağa cəhd etməyəcək. Bu bizim mövqeyimizdir”, -deyə Əraqçi vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti