İrəvanda Müdafiə Nazirliyinin qarşısında atışma olub

İrəvanda Müdafiə Nazirliyinin qarşısında atışma olub
  21 Oktyabr 2017    Oxunub:1450
Dünən Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün təxminən 18:00 radələrində, Ermənistan Müdafiə Nazirliyinin inzibati binası yaxınlığında, naməlum şəxs yanında olan qaz tapançasından İrəvanın Avan inzibati rayon sakini, 37 yaşlı E. Lilitə atəş açıb.

Hadisə yerinə gələn əməliyyat qrupu tapançadan atılan güllənin gilizini aşkarlayıb. Hazırda, hadisə ilə bağlı araşdırma aparılır. E.Lilit adlı şəxsin Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı olub-olmaması barədə məlumat verilmir.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   atışma  





Xəbər lenti