Azərbaycan əleyhinə səs verən deputat danışa bilmir

  21 Oktyabr 2017    Oxunub : 475
Azərbaycan əleyhinə səs verən deputat danışa bilmir

Ankara Universiteti, İbn Sina Xəstəxanası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın səhhətinə dair açıqlama verib.

AzVision.az-ın xəbərinə görə, açıqlamada Baykalın səhhətində minimal səviyyədə dəyişiklik olduğu bildirilir.

“Dəniz Baykalın səhhətindəki problem ciddiyətini qoruyur. Şüuru qapalı, ümumi durumu stabildir”, - xəstəxanadan verilən açıqlamada bildirilib.

Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları, o cümlədən D.Baykal Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.

Kənan Məmmədov
AzVision.az

Teqlər: CHP