Rusiya Ermənistanda hərbi təlimlər keçirib

Rusiya Ermənistanda hərbi təlimlər keçirib
  21 Oktyabr 2017    Oxunub:2521
Ermənistanda yerləşən Rusiyaya məxsus hərbi bazanın MiQ-29 hücum təyyarələri 5 min metr yüksəklikdə təlim uçuşları həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.

Məlumatda, hərbi bazanın 1500-dən artıq hərbi qulluqçusunun yay mərhələsinin yekunlarına dair təlimlər keçirdiyi qeyd edilir. Yekunlaşdırıcı təlimlər, "Kaxmud" və "Alaqyaz" kimi yüksək dağlıq hərbi təlim mərkəzlərində həyata keçirilib.

Təlimlərdə, MiQ-29 qırıcıları, Mİ-8MT və Mİ-24P helikopterlərinin pilotları tərəfindən günün axşam saatlarında 100-5000 metr hündürlükdə 50-dən artıq uçuş həyata keçirildiyi qeyd edilir.

Yoxlamalar, Cənub Hərb Dairəsinin komissiyası tərəfindən, xüsusən gecə saatlarında həyata keçirilib. Bölmələrə döyüş hazırlığı, xüsusi taktiki hazırlıq, hərbi maşınların idarə edilməsi, atıcı silahlardan, hərbi texnikalardan və tanklardan mobil və qeyri-mobil hədəflərdən yayınmasına dair 100-dən artıq normativ edilib.

Sonda, motoatıcı, tank, artilleriya, zenit, kəşfiyyat, tibb, mühəndis və rabitə bölmələri də təlimlər həyata keçirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti