Qarabağda erməni əsgəri öldürən hərbçi həbs edilib

Qarabağda erməni əsgəri öldürən hərbçi həbs edilib
  22 Oktyabr 2017    Oxunub:2297
İşğal altında olan Qarabağda yerləşən düşmən hərbi hissələrinin birində 19 yaşlı Aram Xaçatryanın qətlində şübhəli bilinən erməni hərbi qulluqçu həbs edilib.
AzVision.az xəbər veriri ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Aparılan istintaq tədbirləri nəticəsində Xaçatryanın ölümü ilə bağlı bir sıra əhəmiyyətli detallar üzə çıxıb. Belə ki, o, dünən saat 12:40 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində çiyin nahiyəsindən güllə yarası alıb. Yaralı erməni əsgər hərbi hospitala aparılarkən yolda ölüb.

İstintaq Komitəsinin məlumatına görə, Xaçatryanı güllələyən şəxsin kimliyi məlum olub. Həmin hərbi hissədə xidmət edən kiçik çavuş qətlə şübhəli bilinərək saxlanılıb.

Hadisə nəticəsində Aram Sirekan Xaçatryanla yanaşı 1997-ci il təvəllüdlü Hraç Ararat Avedisyanın da öldüyü bildirilirdi.

Hadisənin silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyini iddia edən erməni rəsmiləri Xaçatryandan fərqli olaraq Avedisyanın qətli barədə heç bir açıqlama yaymayıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti