ABŞ-da naməlum şəxs insanlara atəş açıb

ABŞ-da naməlum şəxs insanlara atəş açıb
  22 Oktyabr 2017    Oxunub:2089
ABŞ-ın Pensilvaniya ştatının Çester şəhərində naməlum şəxs insanlara atəş açıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, insident nəticəsində 4 nəfər yaralanıb. Məlumata görə, cinayətkar basketbol meydançasına toplaşan insanları hədəf seçib.

Hadisə ilə bağlı araşdırma aparılır. Cinayətkarın kimliyi hələlik müəyyən edilməyib.

AzVision.az


Teqlər: ABŞ   İnsident   Atışma  





Xəbər lenti