Astanadan Bakıya uçan təyyarə geri qayıtdı

Astanadan Bakıya uçan təyyarə geri qayıtdı
  22 Oktyabr 2017    Oxunub:2562
Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemə əlaqədar geri qayıdıb.

AzVision.az TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, avialayner Bakı vaxtı ilə saat 22:56-da ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.

Təyyarənin göyərtəsində 90 sərnişin olub.

AzVision.az


Teqlər: Astana   Bakı   Təyyarə  





Xəbər lenti