Kiyevdə Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma

Kiyevdə Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma
  22 Oktyabr 2017    Oxunub:1962
Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma olub.
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.

M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər. (APA)

AzVision.az


Teqlər: Gürcüstan   Etiraz  





Xəbər lenti