Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas edib

Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas edib
  22 Oktyabr 2017    Oxunub:11444
Rusiya Yol-Patrul Xidmətinin (YPX) azərbaycanlı əməkdaşı Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı ölümdən xilas edib.

Rusiya DİN-in yaydığı məlumata görə, həmyerlimiz işdən evə qayıdan zaman Pervomaysk qəsəbəsində evlərdən birində yanğın olduğunu görüb.
O, dərhal yanğınsöndürənləri hadisə yerinə çağırıb. B.Kərimov yanğınsöndürənlər hadisə yerinə gələnədək evə girib, dörd uşağı və valideynlərini xilas edib.

Rusiya DİN göstərdiyi qəhrəmanlığa görə Baxış Kərimovu mükafatlandırıb.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti