Mingəçevirdə 34 yaşlı kişi qətlə yetirilib

Mingəçevirdə 34 yaşlı kişi qətlə yetirilib
  22 Oktyabr 2017    Oxunub:6452
Mingəçevir şəhər sakini amansızlıqla qətlə yetirilib.
Hadisə bu gün şəhərin İ.Qayıbov küçəsindəki bərbərxanada qeydə alınıb. Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhərin Puşkin küçəsindəki 10 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.

Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Eldar Abbasovun subay olduğu, Pərviz Məmmədovun isə ötən il evləndiyi və bir uşaq atası olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)




Teqlər: Mirgəçevir   Qətl  





Xəbər lenti